Modern.az

İki ölkə arasında raket qalmaqalı

İki ölkə arasında raket qalmaqalı

Aktual

20 Mart 2022, 11:51

Koreya Respublikası Koreya Xalq Demokratik Respublikası tərəfindən Sarı dəniz istiqamətində atəş açılmasına görə Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, məlumatı Cənubi Koreyanın “Yonhap” agentliyi yayıb.

 

Bildirilib ki, Şimali Koreya Pxyonan-Namdo əyalətindən Sarı dəniz istiqamətinə 4 mərmi atıb. Cənubi Koreya hərbçiləri etimal edir ki, mərmilər çoxsaylı buraxılış raket sistemindən atılıb: “Biz döyüş hazırlığı vəziyyətimizi saxlayır və vəziyyəti diqqətlə izləyirik”.

 

Məlumata görə, şuranın toplatısı 30 dəqiqə çəkib. Toplantı iştirakçıları məsələni ABŞ-la əməkdaşlıq əsasında təhlil etmək barədə qərar qəbul ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı