Modern.az

Rusiya qazı ilə bağlı yekun qərar verildi

Rusiya qazı ilə bağlı yekun qərar verildi

Aktual

20 Mart 2022, 12:49

Avstriya Rusiya ilə təbii qaz tədarükünə dair müqavilələri qüvvədə saxlayacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstriyanın OMV neft-qaz şirkətinin rəhbəri Alfred Ştern bildirib.

 

Onun sözlərinə görə, Avstriyanın mavi yanacağa tələbatının 80 faizi Rusiyadan alınır və ötən il mövcud müqavilələrin müddəti 2040-cı ilə kimi uzadılıb. Qeyd edilib ki, yarım əsrlik əməkdaşlıq nəticəsində Avstriya üçün dünya bazarlarında ən sərfəli qiymətə alınan təbii qazdan imtina bir gün içərisində mümkün ssenari deyil.

 

OMV rəhbəri vurğulayıb ki, şirkət Rusiyadakı investisiyaları dayandırmaq qərarına gəlsə də, təbii qaz tədarükünə dair mövcud müqavilələrin ləğvi nəzərdən keçirilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı