Modern.az

Çavuşoğludan Rusiya açıqlaması: "Mövqelər yaxınlaşıb"

Çavuşoğludan Rusiya açıqlaması:

Aktual

20 Mart 2022, 13:00

“Danışıqlar prosesində Rusiya və Ukraynanın bəzi məsələlərdə mövqeləri yaxınlaşıb, bəzi məsələlər isə prezidentlər səviyyəsində həllini tapmalıdır”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Hürriyet” qəzetinə müsahibəsində bildirib.

 

Konkret hansı məsələlərdə Rusiya və Ukraynanın mövqelərinin üst-üstə düşdüyünü açıqlamayan M. Çavuşoğlu deyib ki, rəsmi Ankara üçün Türkiyə, yaxud başqa bir ölkədə baş tutmasından asılı olmayaraq, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşünün keçirilməsi vacibdir.

 

Onun sözlərinə görə, əgər Putin və Zelenskinin Türkiyədə görüşünün keçirilməsi barədə qərar qəbul edilərsə, onların arzusuna uyğun olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da görüşdə iştirak edə bilər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı