Modern.az

Gürcüstanda yoluxmalar azaldı

Gürcüstanda yoluxmalar azaldı

Aktual

20 Mart 2022, 13:29

Gürcüstanda koronavirusa yoluxma sayında ötən günlə müqayisədə azalma müşahidə olunub.

 

Modern.az gürcü mediasına istinadən xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 475 yeni yoluxma qeydə alınıb.

 

Mövcud virusdan müalicə alan pasiyentlərdən 1 507 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 1 641 874 nəfərə çatıb. Onlardan 1 598 286 nəfəri tam olaraq sağalıb.

 

Bu gün virusdan 20 nəfərin ölməsi ilə bərabər, ümumilikdə 16 663 nəfər həyatını itirib.

 

Hazırda ölkə üzrə stasionar nəzarətdə 801 nəfər saxlanılır. Son 24 saat ərzində peyvənd olunanların sayı 656 nəfər, ümumi ölkə üzrə peyvənd olunanların sayı 2 842 355 nəfərdir.

 

Xatırladaq ki, ötən gün 849 yoluxma halı qeydə alınmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı