Ermənistanda yaz bərabərliyi martın 20-də İrəvan vaxtı ilə saat 19:33-də (Azərbaycanla eyni vaxtda-red.) baş verəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistandakı Viktor Ambartsumyan adına Byurakan Rəsədxanasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, göstərilən vaxtdan astroloji bahar başlayacaq, yəni Günəş səma ekvatorunu keçərək şimal yarımkürəsində sona çatacaq.
“Əvvəllər Ermənistanda bu tarix Yeni ilin başlanğıcı ilə əlaqələndirilirdi”,-deyə açıqlamada bildirilir.
Erməni ekspertlər bir neçə il əvvəl bu günün martın 22-də qeyd olunduğunu, lakin hər il vaxtın dəyişdiyini, gecə-gündüz bərabərliyinin daha erkən gəldiyini vurğulayırlar.
“Bu, yer oxunun presessiyasından qaynaqlanır. Bu proses 25,772 il müddətində Yerin fırlanma oxunun oriyentasiyasında tsiklik dalğalanmaları təmsil edir. Hər 70 ildən bir bu nöqtə bir gün irəliləyir”, - xəbərdə deyilir.
Bildirlir ki, ermənilər üçün əsas bayram - Pasxa gününün hesablanması gecə-gündüz bərabərliyi nəzərə alınmaqla həyata keçirilir. Adətən Pasxa yaz günlərinin birində martın 22-dən aprelin 26-dək qeyd olunur. Erməni Apostol Kilsəsi Pasxa bayramını yaz bərabərliyindən sonra tam bir aydan sonrakı ilk bazar günü qeyd edir. 2022-ci ildə ermənilər üçün Pasxa 17 apreldə qeyd olunacaq.