Modern.az

“Azəriqaz”ın rəhbəri abonentlərin suallarını cavablandıracaq

“Azəriqaz”ın rəhbəri abonentlərin suallarını cavablandıracaq

Aktual

20 Mart 2022, 14:42

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev abonentlərin qaz təsərrüfatında yaranmış problemləri ilə bağlı suallarını canlı cavablandıracaq.

 

Bu barədə Modern.az-a “Azəriqaz”dan məlumat verilib.

 

Bildirilib ki, havaların kəskin soyuması ilə əlaqədar bu gün saat 17:00-da "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyevin "Facebook" üzərindən öz səhifəsindən canlı yayımı planlaşdırılır.

 

Abonentlər qaz təsərrüfatı ilə bağlı yaranmış problemləri canlı yayıma qoşularaq baş direktora ünvanlaya bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı