Modern.az

Mənzildə 61 yaşlı qadının meyiti tapıldı

Mənzildə 61 yaşlı qadının meyiti tapıldı

Aktual

20 Mart 2022, 15:11

Bakıda mənzildə 61 yaşlı qadının meyiti tapılıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Məmmədova Zərifə Qurban qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı