Modern.az

İçərişəhərdə ailəvi Novruz günləri - FOTOLAR

İçərişəhərdə ailəvi Novruz günləri - FOTOLAR

Aktual

20 Mart 2022, 20:04

İçərişəhər və Qala qoruqlarında ailəvi Novruz günləri keçirilir. 

 

Modern.az xəbər verir ki, İçərişəhərin sakinləri, ağsaqqalları başda olmaqla Baharın gəlişini və təbiətin yenidən oyanışından xəbər verən Novruz tonqalını qalayıblar. 

 

Bayram günlərində İçərişəhərə təşrif buyuran qonaqlara və sakinlərə bir-birindən maraqlı, xoş əhval-ruhiyyəli anlar yaşadılır və əyləncəli ailəvi tədbirlər təqdim olunur. 

 

Eyni zamanda, Qala Qoruğunda milli-mədəni dəyərlərimizi özündə birləşdirən qədim sənət nümunələrimiz sərgilənir, ustad təlimləri təşkil edilir.

 

Bayram tədbirlərinin yüksək səviyyədə təşkili və tənzimlənmısi prosesində Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri yaxından iştirak edirlər. 

 

Bayram günlərini xoş, yaddaqalan keçirmək istəyən paytaxt sakinləri və şəhərimizin qonaqları mart ayının 27-ə kimi İçərişəhərə və Qalaya təşrif buyuraraq ailəvi şəkildə bayram tətillərini əyləncəli, maarifləndirici və səmərəli keçirə bilərlər.

 

Hər bayram gününə aid əyləncə proqramı ilə aşağıdakı keçiddən istifadə edərək "İçərişəhər" İdarəsinin rəsmi saytı və İdarənin sosial şəbəkələrdəki rəsmi hesablarından əldə edə bilərsiniz.

 

Bayram tədbirlərinin geniş proqramı ilə tanış olmaq üçün bu linkə //icherisheher.gov.az/az/430-news-detail/

daxil ola bilərsiniz.

  

Novruz bayramınız mübarək!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı