Modern.az

"Barselona" "Real"ı darmadağın etdi

Aktual

21 Mart 2022, 08:11

İspaniya La Liqasında "Real Madrid" və "Barselona" komandaları arasında növbəti El-Klasiko keçirilib.

 

Modern.az-ın məlumatına görə, "Santyaqo Bernabeu" stadionunda keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.

 

İlk və son qolları "Barselona"nın qış transferi Pyer-Emerik Obameyanq vurub. 29-cu və 53-cü dəqiqələrdə "dubl" edən 33 yaşlı hücumçu El-Klasikolarda fərqlənən ilk qabonlu oyunçu kimi tarixə düşüb. Onun ikinci qolu VAR sisteminə müraciət edildikdən sonra qeydə alınıb. Digər qolları Ronald Arauxo 38-ci və Ferran Torres 47-ci dəqiqədə vurub.

 

Beləliklə, "Barselona" son 7 görüşdə ilk dəfə "Real Madrid"ə qalib gələrək, La Liqadakı şəxsi qarşılaşmalarda topların nisbətində bərabərliyi təmin edib - 76:76.

 

Məğlubiyyətə baxmayaraq, "kral klubu" 29 oyundan sonra 66 xalla liderdir, rəqibindən bir oyun az keçirən Kataloniya təmsilçisi 54 xalla 3-cü pilləyə yüksəlib.

 

Qeyd edək ki, bu, iki komanda arasında ümumilikdə 249 "El Klasiko" olub. "Real Madrid" 100, "Barselona" 97 qələbə qazanıbsa, 52 görüşdə qalib müəyyənləşməyib.

 

İspaniya La Liqası

 

"Real Madrid" - "Barselona" - 0:4

Qollar: Pyer-Emerik Obameyanq, 29; 53. Ronald Arauxo, 38. Ferran Torres, 47

"Santyaqo Bernabeu"

Baş hakim: Xuan Martines Munuera

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı