Modern.az

Putin Ukrayna ilə müharibədə B planına keçdi 

Putin Ukrayna ilə müharibədə B planına keçdi 

Aktual

21 Mart 2022, 09:18

Dəyişən Putinin strategiyası deyil, Putinin taktikasıdır

 

Paytaxt Kiyevi ələ keçirə bilmədikdən sonra Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə taktikanı dəyişmək məcburiyyətində qalıb və indi “əsas ərazi məqsədlərini qorumaq” strategiyasına keçir.

 

Modern.az xəbər verir ki, bu barədə “Wall Street Journal”a adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi bildirib.

 

Nəşrin həmsöhbəti deyib ki, alınan məlumatları nəzərə alsaq, Ukrayna Silahlı Qüvvələrinin effektiv müdafiəsi Putini öz taktikasına düzəliş etməyə sövq edib.

 

İndi Putin Kiyevi Rusiyanın Ukraynanın cənub və şərq əraziləri ilə bağlı iddialarını qəbul etməyə məcbur etmək istəyir. Beləliklə, Rusiya ölkənin qərbi ilə 2014-cü ildə işğal olunmuş Krım arasında “quru dəhlizi” yaratmaq, həmçinin Donbas üzərində nəzarəti genişləndirmək istəyir.

 

Eyni zamanda, Putin hərbi təzyiqlərini, xüsusən də şəhərlərin atəşə tutulmasını davam etdirəcək və ümid edir ki, bu, Zelenskini Qərblə ittifaqa girmək ümidlərindən əl çəkməyə, neytral status və Kremlin digər tələbləri ilə razılaşmağa məcbur edəcək.

 

Əgər Putinin tələbləri yerinə yetirilməsə, o zaman ABŞ rəsmiləri gözləyirlər ki, Rusiya Federasiyası nizami qoşunların işğal etdiyi bütün əraziləri saxlamağa və eskalasiyanı davam etdirməyə çalışacaq.

 

“Bizim hərbi qiymətləndirmələrimizə əsasən, görünür, Putin blokada taktikasına qayıdır”, - başqa bir ABŞ rəsmisi deyib.

 

Onun sözlərinə görə, mühasirəyə alınmış şəhərlərdəki vətəndaşlar üçün bu, rus ordusunun raket və artilleriya hücumları üçün həftələr, bəlkə də aylar deməkdir.

 

ABŞ Putinin kifayət qədər qoşun toplamasa, indiki kimi Ukrayna cəmiyyətinin müqaviməti ilə Kiyevi ələ keçirə biləcəyinə şübhə edir.

 

Nəşr qeyd edir ki, Putinin strategiyasının şərhi xüsusi xidmət orqanlarının rəsmi qiymətləndirməsinin nəticəsi deyil, yalnız məxfi məlumatlara çıxışı olan bəzi məmurların baxış bucağıdır. Onlar bu strategiyanın mütləq işləyəcəyinə zəmanət vermirlər.

 

Dövlət Departamentinin keçmiş yüksək vəzifəli rəsmisi Daniel Frid qeyd edib ki, Putinin Ukraynanı ələ keçirmək məqsədi dəyişməyib, “yalnız onun taktikası dəyişib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı