Modern.az

Yaponiya səfirindən Azərbaycan xalqına TƏBRİK

Yaponiya səfirindən Azərbaycan xalqına TƏBRİK

Aktual

21 Mart 2022, 09:58

Yaponiyanın səfiri Vada Cüniçi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, səfirin təbrikində deyilir:

 

“Novruz, “yeni gün” özü ilə yeni ümidlər, yeni arzular gətirir. Bu gün, yəni martın 21-i Yaponiyada da yazın gəlişi ilə gecə və gündüzün bərabərliyi kimi qeyd olunur. Biz yaponlar da yazı çox sevir, gözəl sakura çiçəklərinin mənzərəsini, yeni həyatın başlanğıcını böyük sevinc hissi ilə qarşılayırıq”.

 

Diplomat hər kəsin evinə ruzi-bərəkət, hər iki ölkə üçün yeni uğurlu başlanğıclar, sülh və əmin-amanlıq arzu edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar