Hazırda qızğın döyüşlərin getdiyi Ukraynada yaşayan azərbaycanlılar milli bayramımız olan Novruzu fərqli şəkildə qeyd ediblər. Belə ki, Ukraynanın Odessa şəhərində qalan həmvətənlərimiz bayramı şəhərin müdafiəsini təşkil edən Ukrayna əsgərləri ilə birlikdə keçiriblər.
Bu barədə Modern.az-a “Birlik” Odessa diaspor təşkilatının sədr müavini Anar Ağazadə məlumat verib. Onun sözlərinə görə, Odessa şəhərində olan soydaşlarımız əsgərlər üçün yemək hazırlayıb.
Şəhəri müdafiə edən Ukrayna əsgərləri Azərbaycan xalqının Novruz bayramını təbrik edib.
Görüntüləri təqdim edirik: