Modern.az

"Qalatasaray"ın stadionu Ginnesin Rekordlar Kitabına düşdü

Aktual

21 Mart 2022, 10:40

Türkiyənin "Qalatasaray" klubunun ev oyunlarını keçirdiyi "NEF Stadionu" Ginnesin Rekordlar Kitabına düşüb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, idman obyekti günəş enerjisi ilə işləyən ən güclü arena seçilib.

 

Qeyd edək ki, 2011-ci ildə yanvarın 11-də istifadəyə verilən "NEF Stadion"u 53 000 azarkeş tutumuna malikdir. Arenanın inşası 128 000 000 avroya başa gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!