Modern.az

Milli Qəhrəmanın ailəsi Ukraynadan təxliyə edildi

Milli Qəhrəmanın ailəsi Ukraynadan təxliyə edildi

Aktual

21 Mart 2022, 11:10

Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin ailəsi Ukraynadan təxliyə edilib.

 

Bu barədə Modern.az saytına Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov məlumat verib.

 

Səfirin sözlərinə görə, hazırda Milli Qəhrəmanın ailəsi Moldovadadır:

 

"Biz gecə onları Ukrayna sərhədində qarşıladıq. Saat 5-də artıq Kişinyov şəhərində idik. Ailə onlar üçün hazırlanan evə yerləşdirilib. Hazırda istirahət edirlər, təxliyə məsələsi dövlətin nəzarətindədir. Yaxın zamanda Azərbaycana təxliyə olunacaqlar".

 

Qeyd edək ki, Milli Qəhrəmanın ailə üzvləri Ukraynada hərbi əməliyyatların başa çatmasını gözləyirdilər. Lakin martın 17-də onların evinə mərmi düşdükdən sonra təxliyə üçün müraciət etmək qərarına gəliblər.

 

Xatırladaq ki, Viktor Seryogin Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub.

 

1992-ci il yanvarın 28-də onun idarə etdiyi və bortunda 47 sərnişinin olduğu Mi-8 mülki vertolyotu erməni mövqelərindən atılan "Stinger" istilik raketilə vurulub. Havada partlayış və salonda yanğın baş verdikdən sonra Seryogin düşməkdə olan təyyarəni Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib. Seryogin ekipaj və sərnişinlərlə birlikdə həlak olub. O, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. 

 

1992-ci ilin noyabrında ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanın adı verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı