Modern.az

Sabah Bakıda hava yağıntılı olacaq

Sabah Bakıda hava yağıntılı olacaq

Aktual

21 Mart 2022, 11:36

Martın 22-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 22-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.

 

Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi 7-12 m/s gündüz şimal-qərb küləyi 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-7° isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı