Hazırda təhlükəsizlik xidmətləri belə bir səfərin mümkünlüyünü yoxlayır
Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenski ilə şəxsi görüş üçün Kiyevə təcili səfər etməyi düşünür.
Modern.az xəbər verir ki, Daily Mail-in məlumatına görə, bu yolla Britaniyanın baş naziri Rusiya ilə müharibədə Ukraynaya dəstək nümayiş etdirmək niyyətindədir. Eyni zamanda o, rəsmilərdən prezident Zelenski ilə danışıqlar üçün Ukrayna paytaxtına səfərin praktikliyi və dəyərini araşdırmağı xahiş edib. Xəbərdarlıqlara baxmayaraq, Conson bacararsa, Kiyevə getmək istəyir.
"Çox əhəmiyyətli olan təhlükəsizlik mülahizələri ilə yanaşı, sual ondan ibarətdir ki, ölkəyə şəxsən səfər etməklə əldə edilə biləcək əlavə nəsə varmı, yoxsa bu, sadəcə olaraq həmrəylik nümayişi olacaq. Bu, özlüyündə kifayət qədər məqsəddirmi?", - Daily Mail bildirib.
Eyni zamanda, nəşr qeyd edir ki, Kiyevin rayonlarından birinin gecə atəşə tutulması baş nazirin səfəri zamanı onun təhlükəsizliyini təmin etməyin nə qədər çətin olacağını göstərdi.