Modern.az

Ukraynanın 61 hərbçisi əsir düşdü

Ukraynanın 61 hərbçisi əsir düşdü

Aktual

21 Mart 2022, 12:32

Rusiyanın qanadlı raketlərinin Ukraynanın Rovenskaya vilayətindəki sınaq poliqonunu vurması nəticəsində 80-dən çox əcnəbi muzdlu və döyüşçü öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

 

"Kiyevətrafı Nikolaevka kəndində rus hərbçiləri Ukrayna silahlı qüvvələrinin mühafizə olunan komanda məntəqəsinə nəzarəti ələ keçiriblər. Komanda məntəqəsinin 61 ukraynalı hərbçisi təslim olub, onların yarıdan çoxu Ukrayna silahlı qüvvələrinin yüksək rütbəli zabitləridir”, - Konaşenkov qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı