Modern.az

Rusiyada daha 401 nəfər koronavirusdan öldü

Rusiyada daha 401 nəfər koronavirusdan öldü

Aktual

21 Mart 2022, 12:50

Rusiyada son sutka ərzində daha 28 709 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla da, qonşu dövlətdə COVID-19-a yoluxanların sayı 17 611 401 nəfərə çatıb.

 

Son sutka ərzində 401 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 364 901 nəfərə çatıb.

 

Koronavirusun yayılması ilə mübarizə üzrə operativ qərargahdan bildirilib ki, Rusiyada hər 100 min nəfərə COVID-19-a yoluxma nisbəti həftə ərzində 35% azalıb: “Son həftədə əhalinin hər 100 000 nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 160,25 olub və əvvəlki həftə ilə müqayisədə 35% azalıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı