Modern.az

Şəmkirdə yol qəzası ölümlə nəticələndi

Şəmkirdə yol qəzası ölümlə nəticələndi

Aktual

21 Mart 2022, 15:06

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az DİN-in saytına istinadən xəbər verir ki, martın 20-də saat 21 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində Qazax rayon sakini E.Kosayevin idarə etdiyi “KİA” markalı və Gəncə şəhər sakini Ü.Məmmədzadənin idarə etdiyi “Subaru” markalı avtomobillər toqquşub.

 

Nəticədə  Ü.Məmmədzadənin sərnişini - Gəncə şəhər sakini Şəmsiyyə Hüseynova aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

 

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı