Modern.az

Suqovuşanda beynəlxalq yarış keçirilə bilər

Suqovuşanda beynəlxalq yarış keçirilə bilər

Aktual

21 Mart 2022, 15:35

Avarçəkmə üzrə növbəti beynəlxalq yarış Suqovuşanda keçirilə bilər. Bununla bağlı artıq işlər aparılır.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev bildirib.

 

"Bizim idmançılar üçün böyük bir stimuldur ki, belə bir tədbir Qarabağda keçirildi. Prezident cənab İlham Əliyevə buna görə təşəkkürümüzü bildirirəm. Bundan sonra gənclərimiz bu soyuq havaya baxmayaraq, məşqləri burada keçirir. Artıq bundan sonra da tez-tez burada məşqlərin keçirilməsi nəzərdə tutulur. Ən böyük hədəflərimizdən biri yaxın gələcəkdə avarçəkmənin "Kayak", "Akademik avarçəkmə" və "Kanoe" növləri üzrə beynəlxalq yarışların burada keçirilməsinə nail olmaqdır. Konkret olaraq, bu, may ayında nəzərdə tutulur. Bununla bağlı yaxın gələcəkdə tam dəqiq məlumat veriləcək", - deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı