Modern.az

Mirzoyan Çavuşoğlu ilə görüşün təfərrüatlarını danışdı

Mirzoyan Çavuşoğlu ilə görüşün təfərrüatlarını danışdı

Aktual

21 Mart 2022, 16:17

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşün təfərrüatlarını açıqlayıb.

Modern.az-ın məlumatına görə, nazir parlamentin xarici əlaqələr komissiyasının iclasında deyib ki, Çavuşoğlu ilə ilkin şərt olmadan münasibətlərin normallaşdırılması prosesinin inkişafı ilə bağlı razılıq əldə olunub.

"Görüşdə hər iki tərəf münasibətlərin normallaşdırılması və dərinləşdirilməsinin vacibliyini vurğulayıb", - Mirzoyan bildirib.

Onun sözlərinə görə, hər iki tərəf prosesi diplomatik münasibətlərin qurulması və ölkələr arasında sərhədlərin açılması ilə qeyd etməyə hazır olduqlarını təsdiqləyib.

Ermənistan və Türkiyə xarici işlər nazirləri arasında danışıqlar bu yaxınlarda Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutub.

Yerevan və Ankara ötən ilin sonunda normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. Ermənistan tərəfdən bu, parlamentin vitse-spikeri Ruben Rubinyandır. Türkiyəni ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç təmsil edir.

Yanvarın 14-də Moskvada ilk görüş olub. Danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. İkinci görüş fevralın 24-də Vyanada baş tutub.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı