Modern.az

Yanacaq daşıyan maşın qəzaya düşdü - Ölənlər var

Yanacaq daşıyan maşın qəzaya düşdü - Ölənlər var

Aktual

21 Mart 2022, 16:23

Bakı şəhərinin Qaradağ rayonunda ”MAN” markalı yük avtomobili "Mercedes" markalı minik maşını ilə toqquşub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı