Modern.az

Rus şahmatçı bütün yarışlardan kənarlaşdırıldı

Rus şahmatçı bütün yarışlardan kənarlaşdırıldı

Aktual

21 Mart 2022, 17:36

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika və İntizam Komissiyası rusiyalı şahmatçı Sergey Karyakini 6 ay müddətinə yarışlardan kənarlaşdırıb.

Modern.az xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.

Fevralın 27-də Karjakin Rusiyanın Ukraynada başladığı müharibəni dəstəkləyərək, açıq məktub dərc etmişdi. Ertəsi gün FİDE rusiyalını siyasi mövqeyini açıq elan etdiyinə görə qınamış, şahmatçıya qarşı intizam işi açmışdı.

“Sergey Karjakin FİDE-nin Etik Kodeksinin 2.2.10-cu maddəsini pozmaqda təqsirli bilinib və altı ay müddətinə yarışlardan kənarlaşdırılıb, ona təşkilatın himayəsi altında keçirilən hər hansı reytinqli şahmat yarışlarında oyunçu kimi iştirak etmək qadağan edilib. Qərar elan edildiyi gündən - 21 mart 2022-ci il tarixindən qüvvəyə minir”, - məlumatda deyilir.

Karjakinin 32 yaşı var və FİDE reytinqində 18-cidir. O, 2015-ci ildə Dünya Kubokunun sahibi olub, sürətli şahmat (2012) və blits (2016) üzrə dünya çempionudur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı