Modern.az

Tunisdə qatar qəzası - 95 nəfər yaralandı

Tunisdə qatar qəzası - 95 nəfər yaralandı

Aktual

21 Mart 2022, 17:48

Tunisin cənubundakı Cəbel Cəllud ərazisində iki sərnişin qatarının toqquşması nəticəsində 95 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, Tunisin Mülki Müdafiə Departamentinin sözçüsü Moez Triaa jurnalistlərə müsahibəsində yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığını və ölənlərin olmadığını deyib.

 

O əlavə edib ki, Tunis prokurorluğu insidentlə bağlı təhqiqat aparır.

 

Qeyd edək ki, dəmir yolu sisteminin yararsız vəziyyətdə olması səbəbindən ötən il Tunisdə bir neçə ağır qatar qəzası baş verib, onlarla insan həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı