Modern.az

Kadırov Ukraynaya yeni döyüşçülər göndərdi

Kadırov Ukraynaya yeni döyüşçülər göndərdi

Aktual

21 Mart 2022, 17:56

Çeçenistanın rəhbəri Ramzan Kadırov yeni bölmələrdən ibarət çeçen döyüşçülərin Ukraynaya göndərildiyi əks olunan video nümayiş etdirib.

Modern.az xəbər verir ki, Kadırov videonu Telegram kanalında yayıb.


"Bu, dövlətinə xidmət etmək istəyənlərin yalnız kiçik bir hissəsidir. Çeçenistan Respublikasından minlərlə könüllü və hüquq-mühafizə orqanlarının əməkdaşı döyüşə tələsir, lakin biz onların arasından ən yaxşı və motivasiyalı əsgərləri seçmişik. Şübhə etmirik ki, onlar öz döyüş tapşırıqlarının öhdəsindən gələcəklər”, – Kadırov bildirib.

Çeçenistan rəhbəri ukraynalı döyüşçüləri növbəti dəfə hədələyib və vulqar ifadələrlə onları aşağılayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı