Modern.az

Hərbçilərimiz Pakistandakı hərbi parada qatılacaq

Hərbçilərimiz Pakistandakı hərbi parada qatılacaq

Aktual

22 Mart 2022, 12:04

Sabah Pakistanın milli bayramı münasibətilə hərbi parad keçiriləcək.

Modern.az xəbər verir ki, Pakıstanın hökumət radiosunun yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələri də həmin parada qatılacaq.

Xəbərdə deyilir ki, Baş nazir İmran Xan dünən bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib. Baş nazir deyib ki, o, Pakistan ilə Azərbaycan arasında qardaş münasibətlərinin daha da dərinləşməsini arzulayır. Bu baxımdan ticarət və turizm sahəsində böyük imkanların olduğunu vurğulayıb.

Baş nazir Kəşmir məsələsində Azərbaycanın Pakistana verdiyi dəstəklə bağlı minnətdarlığını bildirib.

Zakir Həsənov İmran Xana prezident İlham Əliyevin salamalarını çatdırıb.


Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Pakistan açıq şəkildə Azərbaycana dəstək verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı