Ukraynada rus işğalçıları ilə aktiv döyüş əməliyyatları iki-üç həftəyə başa çata bilər.
Modern.az xəbər verir ki, bunu “RBK-Ukrayna”ya ölkədə aktiv döyüş əməliyyatlarının bitməsinin mümkün tarixindən danışan Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç proqnozlaşdırıb.
Onun sözlərinə görə, aktiv döyüşlər tezliklə başa çata bilər, çünki düşmənin mübarizə aparacaq heç bir şeyi olmayacaq.
"... Onlar tükənənə qədər irəliləyəcəklər və çox tez tükənəcəklər. Mən aktiv döyüşlərin dayanmasına iki-üç həftə vaxt verirəm, çünki heç bir şeyləri qalmayacaq. Beş gün ərzində baş verənlər, baş verəcəklərin kiçik bir modelidir. Üç həftədən sonra əməliyyat fasiləsi üçün vaxt olacaq... Üç həftədən sonra onlar dayananda düşməni məhv etmək bizim üçün daha rahat olacaq”, - Arestoviç bildirib.