Modern.az

Zelenski sanksiyaların artırılmasını tələb etdi

Zelenski sanksiyaların artırılmasını tələb etdi

Aktual

23 Mart 2022, 09:28

Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya parlamenti qarşısında çıxış edib.

 

Modern.az xəbər verir ki, İtaliya Senatının və Nümayəndələr Palatasının birgə iclasına videokonfrans vasitəsilə qoşulan Zelenski Ukraynadakı hazırkı vəziyyət barədə məlumat verib, Avropanın rəsmi Moskvaya qarşı sanksiyalarının artırılmasını tələb edib.

 

Prezident İtaliyanın müharibədən qaçan ukraynalıları qəbul etməsini həmişə xatırlayacaqlarını bildirib.

 

İtaliyanın Baş naziri Mario Draqi isə çıxışında ölkəsinin Ukraynanın Avropa İttifaqına üzv qəbul edilməsini dəstəklədiyini bildirib. O, fevralın sonlarından bəri İtaliyanın 60 mindən çox ukraynalını qəbul etdiyini diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!