“Rusiya Prezidenti Vladimir Putin Ukraynada kimyəvi silahdan istifadə edə bilər”.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.
Qeyd edilib ki, NATO-nun Brüsseldə keçiriləcək sammitində Rusiyanın kimyəvi, bioloji, kiber və ya nüvə silahlarından istifadə edəcəyi təqdirdə, buna necə reaksiya veriləcəyi müzakirə olunacaq.
Xatırladaq ki, fevralın 27-də Prezident Vladimir Putin Rusiyanın strateji çəkindirmə qüvvələrinin xüsusi döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib. Ötən gün Putinin sözçüsü Dmitri Peskov bəyan edib ki, Rusiyanın milli təhlükəsizlik konsepsiyasına əsasən, nüvə silahı yalnız ölkənin mövcudluğuna təhlükə yarandığı halda istifadə edilə bilər.