Modern.az

Hərbçilərimiz Pakistanda hərbi paradda - FOTOLAR

Hərbçilərimiz Pakistanda hərbi paradda - FOTOLAR

Aktual

23 Mart 2022, 11:13

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, paradda fəxri qonaq qismində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

 

Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Sizə yeni x var
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı