Modern.az

Vətəndaşı hədələyib 250 dollarını aldı

Vətəndaşı hədələyib 250 dollarını aldı

Aktual

23 Mart 2022, 11:50

Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə zəng edən Bakı şəhər sakini E.Mehdiyev paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin zor tətbiq edərək onun 250 ABŞ dollarını almasını bildirib.

 

Bu barədə DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş P.Abdullayeva müəyyən edilərək saxlanılıb.

 

Rəsmi məlumata görə, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı