Modern.az

Bir ailədə 3 nəfər zəhərləndi

Bir ailədə 3 nəfər zəhərləndi

Aktual

23 Mart 2022, 12:05

Xaçmazın Seyidli kəndində dəm qazından zəhərlənmə qeydə alınıb.
 

Modern.az xəbər verir ki, hadisə nəticəsində bir ailənin 3 üzvü zəhərlənib.

 

1974-cü il təvəllüdlü Hicran İsfəndiyar qızı Dadaşova, 2004-cü il təvəllüdlü Səbinə Elçin qızı Dadaşova və 2005-ci il təvəllüdlü Dəniz Xəzər qızı Şahbazlı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...