Modern.az

Azərbaycanda Rusiya təyyarələrinə həbs qoyulub? - RƏSMİ

Azərbaycanda Rusiya təyyarələrinə həbs qoyulub? - RƏSMİ

Aktual

23 Mart 2022, 12:09

Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanda Rusiya təyyarələrinin həbs edilməsi barəsində verilmiş açıqlama həqiqəti əks etdirmir və təəccüb doğurur.

 

Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib.

 

Qeyd olunub ki, Azərbaycanda Rusiya Federasiyasına məxsus təyyarələr üzərində həbs qoyulmayıb.

 

"Rusiyanın aidiyyəti təşkilatlarını həqiqəti əks etdirməyən bu məlumatı təkzib etməyə çağırırıq", - məlumatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı