Modern.az

İtkin hərbçilərimizin axtarışları davam etdirilir - RƏSMİ

İtkin hərbçilərimizin axtarışları davam etdirilir - RƏSMİ

Aktual

23 Mart 2022, 13:59

Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən APA-ya verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir:

 

"Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı