Rusiya və Ukrayna artıq iki dəfə məhbus mübadiləsi həyata keçirib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat yayıb.
XİN rəsmisi qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi hər gün humanitar dəhlizlər və Ukrayna yaşayış məntəqələrindən mülki əhalinin təxliyəsini təşkil edir.
“Bundan əlavə, Rusiya və Ukrayna arasında iki məhbus mübadiləsi həyata keçirilib”, - Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan şərhində bildirib.
Diplomat vurğulayıb ki, Avropa İttifaqı Kiyev hakimiyyətinə heç bir şəkildə təsir göstərmir: "Ukraynalı millətçilər dinc əhalinin arxasında gizlənməsin və onların Rusiyaya çıxışına mane olmasın”.