Modern.az

Qazaxda zibil maşını işçinin üstündən keçdi

Qazaxda zibil maşını işçinin üstündən keçdi

Aktual

23 Mart 2022, 15:20

Qazax sakini bədbəxt hadisə nəticəsində ölüb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

 

Belə ki, təmizlik idarəsinin əməkdaşı B.Əliyev hərəkətdə olan zibil yığan maşının üzərindəki pilləkəndən tutaraq gedən zaman yol kənarındakı ağaca dəyib və yıxılaraq maşının altına düşüb.

 

Təkər onun başının üstündən keçib və o, hadisə yerindəcə dünyasını dəyişib.



Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...