ABŞ-ın növbəti hədəfi Çin olacaq.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
M. Zaxarova xatırladıb ki, bundan əvvəl dövlət katibi Entoni Blinken ABŞ-ın etnik və dini azlıqlara qarşı repressiyaya görə məsuliyyət daşıyan Çin nümayəndələrinə viza məhdudiyyəti tətbiq edəcəyi barədə məlumat yayıb.
“Görünür, “iki dəfə parça-parça etmək” üçün növbəti sırada Pekin dayanır”, - deyə XİN rəsmisi “Telegram” kanalında yazıb.