Modern.az

Türkiyə S-400-dən imtina edir?

Türkiyə S-400-dən imtina edir?

Aktual

23 Mart 2022, 16:45

"Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemindən imtina etməyəcək. Bu, Türkiyə üçün müzakirə mövzusu deyil".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib.

 

“Biz Rusiya Federasiyası ilə əməkdaşlığı davam etdiririk. Türkiyə öz siyasətini və tutacağı yolu özü müəyyən edir. Mövqeyimiz Ukrayna ilə Rusiya arasında sülhün bərpa olunmasıdır", - deyə Türkiyə rəsmisi qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı