Modern.az

“Boeing 737”nin "qara qutusu" tapıldı

“Boeing 737”nin

Aktual

23 Mart 2022, 16:52

Çinin cənubunda qəzaya uğrayan “Boeing 737” sərnişin təyyarəsinin “qara qutu”larından biri tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

 

Aşkarlanan cihazın ciddi zədələndiyi bildirilib.

 

“Onun uçuş-məlumat qeyd cihazı (FDR) və ya Kokpit səs yazıcısı (CVR) olduğu hələ müəyyən edilməyib”, - məlumatda deyilir.

 

Xatırladaq ki, Kunmin-Quançjou marşrutu üzrə həyata keçirən “China Eastern Airlines”a məxsus “Boeing 737” sərnişin təyyarəsi martın 21-də Çinin cənubundakı Quansi-Çjuan Muxtar bölgəsində, Uçjou şəhərinin Ten qraflığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 123 sərnişin və doqquz ekipaj üzvü olub. Hadisə zamanı sağ qalan olmayıb.

 

2015-ci ildən istifadəyə verilən laynerin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı