Rusiya qüvvələri mühasirəyə alınmış Çerniqov şəhərində əsas körpünü bombalayaraq dağıdıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Çaus məlumat yayıb.
Dağıdılan körpüdən mülki şəxslərin təxliyəsi və humanitar yardımın çatdırılması üçün istifadə edilib. Körpü Desna çayını keçərək şəhəri Kiyevlə birləşdirir. Lakin V.Çaus körpünün dağıdılmasının yardımın Çerniqova çatmasına mane olmayacağına söz verib.
"Biz şəhəri yemək və lazım olan hər şeylə təmin edəcəyik", - deyə o, “Telegram”da qeyd edib.
Xatırladaq ki, çərşənbə axşamı şəhərin yerli hakimiyyət orqanları su və elektrik enerjisinin olmadığı barədə xəbərdarlıq edib və oradakı vəziyyəti humanitar fəlakət adlandırıblar.