Fransa hakimiyyəti Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hazırlanan sanksiyalar çərçivəsində rusiyalı oliqarxlara məxsus 800 milyon dollarlıq aktivləri dondurub.
Modern.az xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Qabriel Attal jurnalistlərə məlumat verib.
“Bu sanksiyalar iqtisadiyyatın tənəzzül etdiyi, rublun çökdüyü, birjanın böyük hissəsinin hələ də bağlandığı və mərkəzi bankın güclü təsirə məruz qaldığı Rusiyada hiss olunur”, - deyə Fransa rəsmisi qeyd edib.
Attal əlavə tədbirləri istisna etməyərək, "sanksiyaların sərtləşdirilməsilə bağlı heç bir əngəlimiz yoxdur", - deyib.
Xatırladaq ki, Avropa İttifaqının martın əvvəlində Rusiyaya qarşı son sanksiyaları 160 oliqarx və rusiyalı siyasətçini hədəf alan tədbirləri əhatə edir.