Modern.az

“Azərbaycan təyyarələrimizi həbs etməyib” - Rusiyadan təkzib

“Azərbaycan təyyarələrimizi həbs etməyib” - Rusiyadan təkzib

Aktual

23 Mart 2022, 18:05

"Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib".

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub.

 

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, - deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı