Modern.az

Boksçumuz Avropa çempionu oldu

Boksçumuz Avropa çempionu oldu

Aktual

23 Mart 2022, 21:28

Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb.

 

Modern.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, o, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib.

 

51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!