Dünyada koronavirusa yoluxma hallarının kəskin artması təhlükəsi peyvənd kampaniyası başa çatana qədər qalacaq.
Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.
"ÜST-ün məqsədi bu ilin ortalarına qədər bütün ölkələrdə insanların 70%-nin peyvənd olunmasıdır", - o bildirib.
Baş direktor vurğulayıb ki, hazırda dünya əhalisinin üçdə biri peyvənd olunmayıb: "Yüksək peyvəndləməyə nail olana qədər infeksiyaların artması və peyvəndin təsirindən yayınan yeni variantlarının ortaya çıxması riski ilə üzləşməyə davam edəcəyik".
Qebreyesus xatırladıb ki, dünyada COVID-19-a yoluxma hallarının sayında artım davam edir, bunun səbəbi Asiyadakı geniş yayılma və Avropada yeni dalğadır.