İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, ötən gün ərzində FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Xaçmaz rayonunun İstisu qəsəbəsində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.