Modern.az

Piyadanı vuran sürücü qaçdı

Piyadanı vuran sürücü qaçdı

Aktual

24 Mart 2022, 11:01

Lənkəranda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb.

 

Modern.az xəbər verir ki, bədbəxt hadisə ötən gün rayonun Vilvan kəndi ərazisində baş verib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobil vurması nəticəsində 1965-ci il təvəllüdlü Veravul kənd sakini Maşallah Aydın oğlu Hüseynov olduğunu müəyyən edib. O, Vilvan kəndindəki restoranda aşbaz işləyirmiş. Hadisə isə mərhum işdən çıxıb evə gedərkən baş verib.

 

Gecə saatlarında yolda hərəkət edən avtomobilin sürücüsü yolda yıxılıb qalan şəxsin olduğunu görüb. Sürücü həmin şəxsin avtomobil vurması nəticəsində xəsarət aldığını ehtimal edib. Həmin şəxsi öz avtomobilinə qoyaraq Lənkəran  Rayon Mərkəzi Xəstəxanasına aparıb.

 

Hazırda faktl bağlı araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı