Modern.az

Türkiyə Ukraynaya S-400 verir? - İddialara son qoyuldu

Türkiyə Ukraynaya “S-400” verir? - İddialara son qoyuldu

Aktual

24 Mart 2022, 12:23

Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket komplekslərinin Ukraynaya veriləcəyi barədə iddialara aydınlıq gətirilib.

Modern.az-ın məlumatına görə, Türkiyənin rabitə naziri Fahrettin Altun bu barədə açıqlama yayıb. Nazir “S-400”lərin Ukraynaya verilməsi haqda xəbərlərin reallığı əks etdirmədiyini söyləyib.

“Bu fikirlər heç bir halda real deyil”, - deyə nazir iddialara son qoyub.

Bundan öncə Türkiyənin müdafiə sənayesi idarəsinin rəhbəri İsmayıl Dəmir bildirmişdi ki, Ankara ABŞ və NATO-nun təzyiqi ilə “S-400” zenit-raket sistemlərindən imtina etməyi düşünmür:

“Bu, bizim üçün müzakirə mövzusu deyil. Bu məsələni keçmişdə müzakirə etmişik, indi isə sadəcə olaraq Rusiya Federasiyası ilə əməkdaşlığı davam etdiririk”.

Xatırladaq ki, Pentaqon ABŞ-ın Türkiyənin beşinci nəsil F-35 qırıcılarının istehsalı üzrə proqrama qayıtması və sanksiyaların ləğvi müqabilində Kiyevə “S-400” zenit-raket komplekslərinin göndərilməsi ilə bağlı Ankara ilə danışıqlar apardığını bəyan etmişdi.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı