Modern.az

Ukraynada silah anbarı dağıdılıb

Ukraynada silah anbarı dağıdılıb

Aktual

24 Mart 2022, 12:40

Rusiya Aerokosmik Qüvvələrinin Su-34 qırıcı-bombardmançı təyyarələri Ukrayna Silahlı Qüvvələrinin silah anbarlarını və hərbi texnikasını məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

 

“Rusiya Aerokosmik Qüvvələrinin Su-34 təyyarəsinin ekipajları Ukrayna ordusunun hərbi obyektlərini və texnikasını sıradan çıxarıb. Hərbi dayanacaqlar, zirehli texnikalar, silah anbarları yüksək dəqiqliklə vurulub”-deyə nazirlik məlumat yayıb.

 

Tapşırığı yerinə yetirdikdən sonra qırıcı-bombardmançılar öz aerodromlarına qayıdıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?