Böyük Britaniya hakimiyyəti Rusiyanın bir sıra banklarını, şirkətlərini və müdafiə sektoru müəssisələrini "qara siyahı"ya salıb.
Modern.az "TASS”a istinadən xəbər verir ki, cümə axşamı yenilənmiş sanksiya siyahısında qeyd olunduğu kimi, ümumilikdə, 59 fiziki və hüquqi şəxs məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.
Belə ki, “Sberbank”ın rəhbəri German Qref, bankın idarə heyətinin birinci müavini Aleksandr Vedyaxin və keçmiş sədr müavini Lev Xasis, iş adamları Oleq Tinkov və Yevgeni Şvidler “qara siyahı”ya düşüblər.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin Rusiyanın XİN başçısı Sergey Lavrovun ögey qızı adlandırdığı Polina Kovaleva və Melitopol (Ukrayna) merinin səlahiyyətlərini icra edən Qalina Danilçenko sanksiyalara məruz qalıb. Bu şəxslərin Britaniyaya girişi qadağan edilib və onların girişi aşkar edilərsə, aktivləri dondurulacaq. Sanksiyalar Qazprombank, Rosselxozbank, Alfa-Bank, SMP Bank və Ural Yenidənqurma və İnkişaf Bankına da tətbiq edilib.