Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması istiqamətində reyd keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata
görə, keçirilən tədbir zamanı atmosferi həddindən artıq çirkləndirən nəqliyyat vasitələri xüsusi avadanlıqlarla müəyyən edilib.
Onların sürücüləri barəsində qanunamüvafiq tədbir görülüb, hüquq və vəzifələri izah olunub. Həmçinin, reyd zamanı sürücülük hüququ olmadan avtomobil idarə edən, manevretmə, eləcə də digər qayda pozuntularına yol verən sürücülər də aşkarlanaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.